Suallar və cavablar

Seçimdən sifarişə qədər ən çox verilən suallar.

Depozit tələb olunurmu?

Xeyr, depozit tələb etmirik. Bunun əvəzinə sifarişin son addımında şəxsiyyət vəsiqəsinin şəklini yükləməlisiniz və geyimi təhvil alan şəxs vəsiqəsini təqdim etməlidir. Bu, təhlükəsizliyi təmin etmək və geyimlərini bizə etibar edən satıcılarımızı qorumaq üçündür. Vəsiqənin şəklini yalnız mağaza görür və geyim qaytarılandan 30 gün sonra avtomatik silinir.

Məhsulu necə sifariş edim?

Məhsul səhifəsində ölçünü seçin və səbətə əlavə edin. Kirayə üçün təqvimdən tarixləri seçin, sonra ad, telefon və ünvanınızı yazıb sifarişi təsdiqləyin. Mağaza sizinlə telefonla əlaqə saxlayacaq.

Qiymət necə hesablanır?

Hər geyimdə iki qiymət ola bilər: günlük kirayə qiyməti və satış qiyməti. Kirayədə qiymət seçdiyiniz gün sayına vurulur. Satın aldıqda geyim tamamilə sizin olur və satış qiyməti ödənilir.

Geyimin boş olduğunu necə bilim?

Təqvimdə kirayədə olan günlər qırmızı göstərilir və seçilmir. Boş günləri seçib sifariş verdikdə həmin tarixlər sizin üçün tutulur.

Sevimlilərim saxlanılırmı?

Hesabınıza daxil olsanız, sevimliləriniz hesabınızda saxlanılır və başqa cihazda da görünür.

Çatdırılma necə olur?

Bakı daxili çatdırılma və ya mağazadan götürmə seçə bilərsiniz. Çatdırılma vaxtı və haqqı sifarişdən sonra mağaza ilə telefonla razılaşdırılır.

Ödənişi necə edim?

Saytda onlayn ödəniş yoxdur. Ödəniş geyim təhvil veriləndə nağd və ya kartla edilir. Sifariş nömrəsi görünməyibsə, sifariş qəbul olunmayıb — yenidən cəhd edin.

Ölçü ilə bağlı sualınız var? Ölçü bələdçisi

Bizim Dolab